Reklam
Reklam

Etimologiya lüğəti

lələk

Əsli yelək olub. Yel feili ilə bağlıdır, həmin feilin mənası “sürətlə getmək” de­məkdir. Lələk (yelək) quşun, uçuşun, oxun sürətini təmin edən vasitədir. “Parus” mənasında işlədilən yelkən sözü də yuxarıdakılarla eyni kökə malikdir. Türklər oxa ilk dəfə yelək qoyub və onların silahı 150 m başqalarından uzağı vurub (ye­lək oxun girişə qoyulan ucunda bərkidilirmiş). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti