1. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox. □ Gəmilərin ləngərini salıb dedilər: – Bu nəzirədə bir müddət seyr edək. (Nağıl).
2. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar). □ Bir gənc əlinə uzun, şüyül bir ağac – müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. (H.Sarabski).
3. Zərf kimi: ləngərlə şəklində - ağır-ağır, yavaş-yavaş. □ Ləngərlə getmək.
Həmçinin bax: