Reklam
Reklam

Tarix terminləri lüğəti

lanqobardlar

alm. Langobarde – hərfi mənası: uzunsaqqallılar

German tayfası.

L. eramızın I əsrində Elbanın aşağı axarının sol sahillərində yaşayıblar. IV–V əsrlərdə Dunay çayının orta hövzəsinə doğru hərəkət ediblər. 568-ci ildə onlar İtaliyanın şimalında Lanqobard krallığının əsasını qoyublar. 773–774-cü illərdə Böyük Karl həmin krallığın mövcudluğuna son qoyub.

Tarix terminləri lüğəti