Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lat-lüt [lat-lüt] sifət

1. Çılpaq, lüt, paltarsız. □ Cənab xan əyləşib yatağında, lat-lüt; başında bir.. papaq, ağlayır. (Ə.Haqverdiyev).

2. Məcazi mənada: heç bir şeyi olmayan, yoxsul, kasıb. □ Lat-lüt adam.

3. İsim kimi: heç bir şeyi olmayan, yoxsul, kasıb adam haqqında. □ Nisanın atası dedi ki, mənim lat-lütə veriləsi qızım yoxdur. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: lat-lüt qalmaq Azərbaycan dilinin izahlı lüğəti