1. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. □ Tikintinin layihəsi. Maşının layihəsi. Körpünün layihəsi.
2. Hər hansı bir sənədin, qərarın və -nin əvvəlcədən yazılmış təxmini mətni. □ Qərarın layihəsini hazırlamaq. Nizamnamənin layihəsi. Müqavilənin layihəsi.
3. Məcazi mənada: nəzərdə tutulmuş niyyət, □ Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. (Mir Cəlal)
Azərbaycan dilinin izahlı lüğəti