lat. legatus – səfir
1. Qədim Romada senatın təyin etdiyi səfir, yaxud siyasi tapşırığı yerinə yetirən müvəkkil.
Son respublika dövründə sərkərdələrin və əyalətlərdə canişinlərin köməkçiləri L. adlanıblar. Yuli Sezarın (e.ə. 100–44-cü illər) dövründə legionlara komandanlığı L.-lara tapşırmağa başlayıblar. İmperiya dövründə isə imperator L.-ı əyalətlərdə canişin funksiyasını yerinə yetirib.
2. Roma papasının ali dərəcəli diplomatik nümayəndəsi.
Papa L.-ı VI əsrdən etibarən katolik kilsəsinin rəhbəri tərəfindən tapşırığı yerinə yetirməyə lazım olan müddətə müvəqqəti təyin edilir.
Tarix terminləri lüğəti