Karbonatlardan (ən çox ankerit), kvars, muskovit və ya fuksitdən və müxtəlif mineral qatışıqlarından ibarət metasomatik süxur.
Ultraəsasi və əsasi süxurların listvenitləşmə prosesi nəticəsində əmələ gəlir. Rəngi açıq-yaşıl və ya boz olur. L. ilk dəfə Uralda tapılmış və alman geoloqu Q.Roze tərəfindən təsvir edilmişdir.
Coğrafiya terminləri lüğəti