Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lizinq isim iqt. yun. lysis < ing. leasing - vasitənin icarəsi

Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi; maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının istifadəsinin xüsusi sahibkarlıq forması.

L. adətən, xüsusi qurumlar (şirkətlər) vasitəsilə reallaşdırılır. Həmin şirkətlər zəruri avadanlığı 5-8 il və daha çox müddətə icarədar firmaya verir. İcarədar  firma əmlakdan istifadə etdikcə, tədricən borclarını ödəyir. L. müqaviləsinin  müddəti başa çatdıqdan sonra icarədar qalıq məbləğlər dəyəri ilə avadanlığı alır, bu halda mülkiyyət hüququ onun yeni sahibinə keçir, müqavilənin vaxtını uzatmaq - yeni saziş bağlamaq, maddi sərvətləri (dəyərləri) L. şirkətlərinə qaytarmaq hüququ qazanır. □ Traktoru lizinqə götürmək.

Azərbaycan dilinin izahlı lüğəti