ing. lollard < nider. lollaert(d) – hərfi mənası: burun altında dua oxuyan
XIV əsrdə İngiltərə, eləcə də bir sıra digər Qərbi Avropa ölkələrində kəndli-plebey hərəkatının üzvləri.
L. hərəkatı antikatolik bidət xarakteri daşıyıb və təxminən 1300-cü ildə Antverpendə (Niderland) yaranıb, XIV əsrin 60-cı illərindən İngiltərədə geniş vüsət alıb. Katolik kilsəsinə qarşı çıxan L. onun imtiyazlarının ləğv edilməsini istəyiblər. L. həmçinin feodalizm quruluşunun ədalətsizliklərini ciddi tənqid edərək biyarın və silki bərabərsizliyin ləğvinə çağırıblar. Açıq şəkildə üsyana çağırışlar edən L. Uot Tayler üsyanının (1381) ideoloji cəhətdən hazırlanmasında mühüm rol oynayıblar.
Tarix terminləri lüğəti