Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lopa1 [lopa] isim

1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. □ Lopa qayırmaq.
2. Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. □ Qar lopası. Pambıq lopası.
3. Qalın, yekə (bığ haqqında). □ Lopa bığ.
4. Qədimdə məşəl kimi yandırılan ucu xüsusi olaraq döyülüb lifləndirilmiş ağac şivi. □ Burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. (S.Rəhimov).

lopa2 [lopa] isim

Dialekt. Sabun bişirilərkən çıxan tullantı.

Azərbaycan dilinin izahlı lüğəti