Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

möhür [möhür] isim fars

1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). □ İdarənin möhrü.
2. Həmin alətin (damğanın) kağız və s. üzərindəki izi, surəti, şəkli. □ Arayışın möhrü aydın deyil.
3. Hökmdar nişanı, damğası. □ Bu Kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. (A.Şaiq).
4. Müsəlmanların müqəddəs saydıqları Məkkə, Kərbəla, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiələrin namaz zamanı səcdəyə gedərkən alınlarını söykədikləri quru gil parçası. □ Atam alnını möhrə qoyub ağlayır, ağlayırdı. (M.İbrahimov).

Həmçinin bax:

frazeologizm: möhürünü vurmaq frazeologizm: yeddi möhür altında saxlamaq Azərbaycan dilinin izahlı lüğəti