Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

möhkəm [möhgəm] sifət ərəb

1. Davamlı, bərk. □ Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta.
2. Zərf kimi: bərk-bərk, kip. □ İpləri möhkəm bağlamaq.
3. Sağlam, davamlı, dözümlü, qüvvətli.
4. Zərf kimi: bütün gücü ilə, bacardığı qədər; bərk. □ Möhkəm ilişdirmək.
5. Səbatlı, mətin, dönməz, yenilməz; mətanətli, iradəli; sədaqətli, etibarlı, sadiq. □ Möhkəm adam. Möhkəm dost.
6. Sarsılmaz, alınmaz, yenilməz. □ Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
7. Güclü, şiddətli, bərk. □ Möhkəm qar yağır. Möhkəm soyuqdur.
8. Zərf kimi: çox, olduqca, hədsiz, həddindən artıq. □ Möhkəm acmışam.
9. Zərf kimi: ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. □ Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək. İşini möhkəm tut, qonşunu oğru tutma. (Atalar sözü).
10. Zərf kimi: əməlli-başlı, əsaslı, layiqli, lazımi. □ Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əlgəzdirilsin. (Mir Cəlal).

Həmçinin bax:

frazeologizm: çənədən boş (möhkəm) frazeologizm: işini möhkəm tutmaq Azərbaycan dilinin izahlı lüğəti