Şərq ədəbiyyatında şeir forması; şeirlәşmә, deyişmə.
Aşıq deyişməsindən fərqli olaraq M., adətən, mübahisə yox, fikir mübadiləsi şəklində olur. Azәrbaycan şairlərinin mənzum mәktublaşmalarını M. saymaq olar. M.-nin vahid bədii forması və mövzusu yoxdur. Bununla belə, eyni M.-nin tərəfləri birinci beyt və ya bənddəki forma və mövzunu davam etdirirlər. Məsələn, Vidadi ilə Vaqifin M.-si dördlüklə yazılıb. Hər misrada on bir heca var. Hər bənddə üç misra qafiyələnir, sonundakı misra isə “ağlarsan” rədifi ilə tamamlanır. “Mәclisi-üns”ün üzvlәri arasında gedәn aşağıdakı poetik dialoqun forma və məzmunu isə tamam fərqlidir:
Natəvan:
Kaş әzәldәn gәlmәyəydim, ey fәlәk, dünyayә mәn,
Kəminә:
Gәldiyim gündәn әsirəm bir quru sevdayә mәn,
Fәna:
Vermişәm dil, bel bağlayıb bir vәfasız dilbәrә,
Növrәs:
Salmışam, billah, bәlasız başımı qovğaya mәn...
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti