Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

müştəri1 [müşdəri] isim ərəb

1. Mal alan, şey alan. □ Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur.
2. Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn. □ Atelyenin müştərisi.
3. Pul müqabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs. □ Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır. (C.Məmmədquluzadə).
4. Məcazi mənada: istəyən, arzu edən, həvəskar. □ Adına min yerdən min müştəri var. (S.Vurğun).

müştəri2 [müşdəri] isim ərəb 

Astronomiya. Ərəb astronomiyasında Yupiterin adı. □ Dəst tutsun Ütarid, Zöhrə, Müştəri; Fələkin şəmsilə mahı oynasın. (Q.Zakir).

Həmçinin bax:

frazeologizm: müştəri gözü ilə baxmaq frazeologizm: müştəriyə düşmək (salmaq) Azərbaycan dilinin izahlı lüğəti