Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mülahizə

Bir şey barədə yürüdülən fikir; yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər.

M. problemlər, hadisələr, faktlar, ­qu­­­rumlar, şəxslər və onların fəa­liyyəti ­haq­qında subyektiv düşüncələri, qiy­m­ətləndirmə və ehtimalları əks etdirir. M. konkret faktlar barədə onların həqi­qi­liyinin təsdiqi və ya inkarı mümkün olan məlumat kimi şərh edilə bilməz. M.-nin faktoloji məzmuna malik olmaması onu yürüdən şəxsə, redaksiyaya qarşı ittiham irəli sü­rülməsinə əsas yaratmır. M. dil üs­lublarına görə müxtəlif, o cümlədən satirik və yumoristik formada ifadə edilə bilər.

Jurnalistika terminləri lüğəti