1. İçi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi; oyuq. □ Heyvan müqəvvası. Quş müqəvvası.
2. Məcazi mənada: quru, cansız, çox arıq adam haqqında, skelet; birdəri, bir sümük. □ Həm seçilməz o, bir müqəvvadan; Ölüdür, köçməmiş bu dünyadan. (H.Cavid).
3. Tikilən paltarı ölçmək və nümayiş etdirmək və s. üçün taxta və ya başqa materialdan düzəldilmiş insan bədəni şəklində fiqur; maneken.
4. Məcazi mənada: quşları hürküdüb qaçırmaq üçün bostanlarda və s. –yə qoyulan insan bədəni şəklində kukla. □ Guya biz burada.. müqəvvayıq. (M.İbrahimov).