1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. □ Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. (C.Məmmədquluzadə).
2. Sifət kimi: qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. □ Müqabil tərəf.
3. Müqabilində şəklində – əvəzində, qarşılıq olaraq, qarşısında. □ Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar. (M.F.Axundzadə).