Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

müsahib

Jurnalistə müsahibə verən, onun suallarını cavablandıran şəxs, birbaşa informasiya mənbəyi.

M. jurnalistin qar­şısına qoyduğu məqsəddən, hazırladığı ma­te­rialın xarakterindən asılı olaraq rəsmi şəxs, ekspert, yaxud adi vətəndaş ola bilər. Adətən, qərarların qəbulu pro­se­sində iş­tirak edən, böyük səlahiyyətlərə malik siyasi xadimlər və vəzifəli şəxslər M. qis­mində medianın daha böyük marağına səbəb olurlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti