1. Mıx vurulmaq, mıx vurulub bərkidilmək; mismarlanmaq. □ Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. (Mir Cəlal).
2. Mıxdan asılmaq, mıxla bərkidilmək, mıxla vurulmaq. □ Nəcəf artırmanın dirəyinə mıxlanmış balaca əlüzyuyana yaxınlaşdı. (M.İbrahimov).
3. Məcazi mənada: bir yerə yapışıb qalmaq, yerindəcə dayanıb durmaq, yerindən tərpənməmək.
4. Məcazi mənada: bağlanmaq, bənd olmaq.
Həmçinin bax: