1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. □ Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, gedəcək idilər. (N.Nərimanov).
2. Şəhərin, iri binalar olan, kəsişən yollar və ya meydanlar arasında yerləşən hissəsi; kvartal. □ Nərimanov prospektinin 513-cü məhəlləsi.