Reklam
Reklam

Məsəllər, deyimlər

HÜSEYNOVA BACILARI ÖZ MƏHARƏTLƏRİNİ GÖSTƏRƏCƏKLƏR

►Daha bacarıqlı, istedadlı adamı təqdim etmək məqsədilə, bəzən də zarafat və kinayə ilə işlədilən ifadə.

Danışıqda tez-tez işlədilən bu ifadə «Bəxtiyar» filmi (1955) ekranlarda nümayiş etdirildikdən sonra yayılmışdır.

Filmdə klubun yoxlanışı əsnasında özfəaliyyət dərnəyinin rəhbəri Ağabala narazı komissiya üzvlərini məmnun etmək və boşluğu doldurmaq üçün yaxın qohumlarını da səhnəyə çıxarır. Ağabalanın məzəmmətindən qurtulmaq üçün iki qadın səhnəyə çıxıb komissiya qarşısında çıxış etməli olur. Onları təqdim edərkən Ağabala belə deyir: «İndi klubumuzun fəalları Hüseynova bacıları öz məharətlərini göstərəcəklər».

Bacıların ifası onsuz da narazı olan komissiya üzvlərini məyus etsə də, Ağabalanın təqdimatında səslənən bu maraqlı ifadə filmdən sonra tamaşaçılar arasında xeyli populyarlıq qazandı.

Məsəllər, deyimlər