1. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. □ Məhsul yığımı. Buğda məhsulu. Üzüm məhsulu. Pambıq məhsulu.
2. Adətən cəm şəklində məhsullar – istehsal edilən yeyiləcək və içiləcək şeylər, qida şeyləri. □ Süd məhsulları. Balıq məhsulları. Ət məhsulları.
3. Sənayenin hazırladığı müxtəlif şeylər. □ Fabrikin məhsulu. Məhsulun keyfiyyəti.
4. Bir şeyin törədiyi nəticə, bir şeyin nəticəsində hasil olan şey. □ Əsər gərgin əməyin məhsuludur. İnsan mühitin məhsuludur.
Həmçinin bax: