Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

mələk [mələx'] isim ərəb  

1. Dinə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində qeyri-maddi qanadlı bir məxluq; məlaikə. □ Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. (M.V.Vidadi).
2. Məcazi mənada: çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında. □ Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. (A.Şaiq).
3. Mələkim şəklində – nəvazişlə müraciət. □ Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! (H.Cavid).

Həmçinin bax:

frazeologizm: mələk donuna girmək Azərbaycan dilinin izahlı lüğəti