Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

mənfi [mənfi] sifət ərəb

1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). □ Mənfi cavab.
2. Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. □ Mənfi nəticə.
3. Pis, fəna. □ Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə.
4. Riyaziyyat. Sıfırdan az. □ Mənfi kəmiyyət (ədəd).
5. Sıfırdan aşağı olan hava temperaturunu göstərmək üçün işlədilir. □ Mənfi ( – ) 3° soyuq.
6. Elektrikin, hissəcikləri elektronlardan ibarət növünə aid olan. □ Mənfi elektrik yükü.

Həmçinin bax:

coğrafiya: mənfi relyef formaları coğrafiya: mənfi ticarət balansı Azərbaycan dilinin izahlı lüğəti