1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. □ Təzə mənzilə köçmək. Üçotaqlı mənzil.
2. Ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskən. □ Mənzili qaydaya salmaq.
3. Gedilən yolun bölündüyü hissələrdən hər biri; mərhələ. □ Bir mənzil yol getmək.
4. Gedilən yer, yolun sonu. □ Mənzilə çatmaq.
5. Ümumiyyətlə, yol, məsafə. □ Bir aylıq mənzili bir gündə kəsər; Köhlən bəsləmişəm görək Qıratım. (“Koroğlu”).
6. Körpü kimi tikililərdə, qurğularda qonşu dayaqlar arasındakı məsafə, ara.
7. Güllənin, mərminin gedib hədəfi vura biləcəyi məsafə.
Həmçinin bax: