1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal. □ Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! (A.Şaiq).
2. Etiqad, məzhəb, inam. □ Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz. (H.Cavid).
3. Arxaizm. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xətti-hərəkət, istiqamət.
4. İstək, arzu, dilək mənasında. □ Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim. (S.Rüstəm).