Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

məst1 [məsd] sifət fars 

1. Sərxoş, kefli. □ Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış vəboğulmuş. (A.Səhhət).

2. Məcazi mənada: xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş. □ Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm; Saqi, mənə min-bəd meyi-nabgərəkməz. (M.Ə.Sabir).

məst2 [məsd] isim fars

Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı. □ Məst geymək.

Azərbaycan dilinin izahlı lüğəti