1. Canlı varlıq, canlı vücud (insan, heyvan). □ Müsəlmanın təsəvvüründə.. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var. (C.Məmmədquluzadə).
2. Xalq, camaat, el, adamlar. □ Məxluq çalıb-oynayır. (C.Cabbarlı).
3. “Adam, insan” mənasında. □ Ah, ana! Sən nə qədər böyük məxluqsanmış! (M.Hüseyn).