Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

maşın [maşın] isim latın 

1. Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu. □ Hesablayıcı maşın. Çap maşını. Tikiş maşını.
2. Məcazi mənada: qeyri-iradi, mexaniki surətdə hərəkət edən adam haqqında.
3. Məcazi mənada: mexanizm kimi fasiləsiz və dəqiq işləyən idarə, təşkilat və s. □ Dövlət maşını.
4. Hər hansı bir mexanizm vasitəsilə hərəkətə gətirilən nəqliyyat vasitəsi (əsasən avtomobil). □ Maşına minmək. Yük maşını. Minik maşını.
5. Arxaizm. Dəmiryol qatarı. □ Maşın saat 5-də yola düşür.

Azərbaycan dilinin izahlı lüğəti