Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

maddə1 [maddə] sifət ərəb 

1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey; cisim, şey. □ Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
2. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
3. Məcazi mənada: keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik. □ Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. (Ə.Haqverdiyev).
4. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. □ Zirək maddədir. O elə bir maddədir ki...


maddə2 [maddə] isim ərəb 

1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. □ Cinayət kodeksinin beşinci maddəsi.
2. Maliyyə. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. □ Gəlir maddəsi.

Həmçinin bax:

coğrafiya: üzvi maddə Azərbaycan dilinin izahlı lüğəti