lat. rangifer tarandus
Cütdırnaqlılar dəstəsinin gövşəyənlər yarımdəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən məməli heyvan növü.
Bədəninin uzunluğu 2,2 metr, hündürlüyü 1,4 metr, çəkisi 220 kq-dək olur. Cütləşdikdən sonra buynuzları düşür, aprel-avqust aylarında yenisi çıxır. 2 yaşında cinsi yetkinliyə yetişir. Əsasən Avropa, Asiya və Amerikanın Şimal bölgələrində yayılmışdır. 7 aylıq boğazlıq dövründən sonra 1, bəzən isə 2 bala doğur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti