Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

maraqlı [maraxlı] sifət

1. Maraq oyadan, marağa səbəb olan. □ Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa.
2. Zərf kimi: maraq oyatmaq, marağa səbəb olmaq. □ Maraqlı danışmaq. Maraqlı qulaq asmaq.
3. Maraq ifadə edən. □ Ucaboylular balacaların çiyninin üstündən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər. (M.İbrahimov).
4. Maraqlanan, marağı, həvəsi olan adam; həvəskar. □ Məhsəti xanımı görmək.. üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabət məhəlləsinin tininə yığışmışdılar. (M.S.Ordubadi)

Azərbaycan dilinin izahlı lüğəti