Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

halay mahnıları

Şənlik mərasimlərində kollektiv şəkildə oxunan mahnılar.

H.M. əl-ələ tutub, yaxud qol-qola girib dövrə vura-vura və xorla halay tuta-tuta oxunurdu. Yallı oyunlarının sözlü şəklidir. Әsasən, Azərbaycanın cənub-şərq hissəsində geniş yayılıb:

Partaxal dilim-dilim,

Gəl əyləş, mənim gülüm.

Әgər sənə söz desəm,

Lal olsun mənim dilim.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti