Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

maska [mask'a] isim ərəb 

1. Tanınmamaq üçün üzə taxılan və göz üçün deşikləri olan xüsusi örtük. □ Maska taxmış pəhləvan.
2. Üzərində müxtəlif heyvan, quş, insan surətləri olan üz örtüyü. □ Ayı maskası. Pişik maskası.
3. İnsan və ya heyvan sifətini təsvir edən heykəltəraşlıq əsəri; ölmüş adamın üzünün gipslə çıxarılan surəti, qəlibi.
4. Üzü qorumaq üçün üzlük. □ Qaynaqçı maskası. Qaz maskası.
5. Üzü və ya onun bir hissəsini tutan xüsusi örtük. □ Oksigen maskası. Cərrah maskası.
6. Hərbi maskalama vasitəsi. □ Top maskası.

Həmçinin bax:

frazeologizm: maska geymək (taxmaq) frazeologizm: maskasını yırtmaq (çıxarmaq) Azərbaycan dilinin izahlı lüğəti