lat. major – baş, böyük
Bütün daşınmaz əmlakın (ilk növbədə, torpağın) vərəsəlik hüququ əsasında ailənin, yaxud nəslin ən yaşlı nümayəndəsinə keçməsi.
Ailədə böyük oğlun əmlak imtiyazlarını təsdiq edən M. prinsipi qədim hind qanunlarında, Afina hüququnda və s.-də öz əksini tapıb. Lakin bu prinsip feodal hüququ üçün daha səciyyəvi olub. XI–XII əsrlərdə İngiltərə, Fransa, Almaniya və digər Avropa ölkələrində M. torpaq mülkiyyətinin parçalanmasına yol verməmək məqsədilə tətbiq edilib: böyük oğul feodun varisi sayılıb, digər övladlar isə vərəsələr siyahısından çıxarılıb. Azad vərəsəlik hüququna zidd olduğu üçün M. prinsipi kapitalizmin inkişafı mərhələsində ləğv edilib, yaxud xeyli məhdudlaşdırılıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti