Reklam
Reklam

Tarix terminləri lüğəti

mayordom

lat. major domus – evin böyüyü

Merovinqlər dövründə (V əsrin sonu – VIII əsrin ortası) Frank dövlətində ali vəzifəli şəxs.

Öncə M. kral tərəfindən təyin edilib və sarayın idarə olunmasına rəhbərliyi həyata keçirib. Feodalizmin inkişafı və kral hakimiyyətinin zəifləməsi ilə əlaqədar M.-un səlahiyyətləri genişlənib. VII əsrin ortalarından iri torpaq sahiblərinə çevrilən M.-lar tədricən dövlət hakimiyyətini əllərində cəmləşdiriblər. Pipinlər nəslindən olan M.-lar daha böyük nüfuz sahibi olublar. Onlardan biri, Gödək Pipin 751-ci ildə taxt-tacı ələ keçirərək Merovinqlərin hakimiyyətinə son qoyub və beləliklə, Karolinqlər sülaləsi yaranıb.

Tarix terminləri lüğəti