1. 1917-ci il inqilabından qabaqkı Rusiyada xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə; həmin təbəqəyə mənsub olan adam. □ Kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırladı. (A.Çexov).
2. Məcazi mənada: ictimai görüş dairəsi dar, xırda mülkiyyətçi əhvali-ruhiyyədə olan adam. □ Sən bizim gələcək həyatımızı bir meşşan həyatı kimi təsəvvür eləyirsən. (S.Rəhman).