Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

meşə

Bir-birinə yaxın bitən ağacların üstünlük təşkil etdiyi böyük ərazi, təbii kompleks.

M. çox zaman elementar relyef forması yaradır, bitdiyi ərazidə süxurlara, iqlimə, hidroloji rejimə əhəmiyyətli təsir göstərir. Antarktida istisna olmaqla bütün qitələrdə M.-liklər var. Planetdə M.-lər Yer örtüyünün təxminən 30%-ni təşkil edir, müxtəlif xüsusiyyətlərinə görə (yarpaqlarına, sıxlığına, ağac növlərinə və s.) tiplərə bölünür. Ən böyük təsnifat təbii zonalar və iqlim qurşaqları üzrə aparılır. İqlim qurşaqlarına görə ekvatorial (subekvatorial) M.-lər, tropik (subtropik) M.-lər, mülayim qurşaq M.-ləri fərqləndirilir. M.-lər öz təbii zonalarından kənarda, yaxud keçid zonalarda (meşə-çöl, meşə-tundra) da bitir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti