Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

metonimiya

yun. metonymia – adın də­yiş­dirilməsi

1. Hər hansı əşyanın, ha­disənin əvəzinə onunla bağlı olan başqa əşyanın və ya hadisənin adının çəkilməsi.

M. faktik olaraq söz birləşməsinin elə ixtisar for­masıdır ki, ifadə qısaldılsa da, onun mənası tam anlaşılır; məs.: şəhər yatmışdı; hərə bir boşqab yedi.

2. Ekranda bütövün ayrı-ayrı hissələrinin fraqmentar göstərilməsi yolu ilə hadisə, hərəkət haqqında ümumi tə­səvvür yaradan güclü ifadə forması.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti