Ölçmə, ölçmədə vəhdət və lazımi dəqiqlik yaratmaq haqqında elm.
Əsas məsələləri: 1) ölçmənin ümumi nəzəriyyəsi; 2) fiziki kəmiyyətlərin vahidlərinin və vahidlər sisteminin yaradılması; 3) ölçmə üsulları və vasitələri; 4) ölçmənin dəqiqliyinin təyini üsulları (ölçmə xətası nəzəriyyəsi); 5) ölçmə və ölçmə vasitələri arasında vəhdət yaratmaq üsulları (qanunvericilik M.-sı); 6) vahidlərin qiymətini etalonlardan nümunələrə və nümunələrdən işçi ölçü vasitələrinə vermək.
Fizika terminlər lüğəti