lat. mille – min
Qədim Romada qəbul olunmuş, sonradan dünyada geniş yayılmış yol uzunluğunun ölçü vahidi.
Qeyri-metrik ölçü sisteminə malik ölkələrdə bu vahiddən hələ də istifadə olunur. Müxtəlif ölkələrdə 1 M.-in uzunluğu müxtəlifdir. Lakin M. dedikdə, adətən, Böyük Britaniya və ABŞ-da tətbiq edilən Britaniya mili nəzərdə tutulur; onun uzunluğu isə 1609 metrə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti