Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

misal [misal] isim ərəb

1. Həll edilməsi üçün rəqəmlər üzərində bəzi əməliyyat tələb edən riyazi ifadə. □ Misalları həll etmək. Misalın cavabını yoxlamaq.
2. Bir fikrin anlaşılmasını asanlaşdırmaq və ya bir şeyi sübut etmək üçün gətirilən dəlil, nümunə və s. □ Fikrini misallarla aydınlaşdırmaq.
3. Nümunə, örnək, timsal. □ Yoldaşını misal göstərmək.
4. Bir şeyin bənzəri, oxşarı, tayı, bərabəri, misli. □ Nə xoş olur eşq əhlinin bu halı; Şəmə yana pərvanənin misalı. (M.V.Vidadi).
5. Zərbi-məsəl. □ Canandan ayrılan candan ayrılır; Xalq içində bir misaldı, sevdiyim! (M.P.Vaqif).

Azərbaycan dilinin izahlı lüğəti