yun. morphe – forma + yun. metron – ölçü
1. Yer səthində relyef formalarının kəmiyyət göstəricilərinin (sahə, həcm, hündürlük, dərinlik, şaquli-üfüqi əyrilik, çay şəbəkəsinin sıxlığı və s.) müəyyən edilməsi üsullarını öyrənən elm sahəsi, geomorfologiyanın bir bölməsi.
2. Yer səthində relyef formalarının ölçülərinin, kəmiyyət xarakteristikasının müəyyənləşdirilməsi prosesi.
Ən mühüm xarakteristik göstəricilərə dərinlik (su hövzələrinin dibi ilə onların arasını kəsən yüksəkliklərin maksimal fərqi) və relyefin parçalanma dərəcəsi (alçaq və hündür sahələrin bir-birini əvəzləmə tezliyi) daxildir.
Coğrafiya terminləri lüğəti