Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

morfoskulptur

yun. morphe – forma + yun. sculptura – oyma

Relyefin ekzogen proseslərin təsiri altında formalaşmış nisbətən kiçik elementləri.

Küləyin, buzlaqların, dalğaların və s.-nin yaratdığı M.-lar morfostrukturları mürəkkəbləşdirir, onlarda əlavə detallar əmələ gətirir. M. terminini 1946-cı ildə rus akademiki İnnokenti Gerasimov elmə daxil edib.

Coğrafiya terminləri lüğəti