1. Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. □ Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda. (S.Vurğun).
2. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu. □ Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. (Ş.İ.Xətai).
3. Sevgili, istəkli, məhbubə. □ Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. (N.Vəzirov).
4. Xoş, fərəhverici, ürəyə yatan, ruhu oxşayan. □ Munis gecə. Munis mənzərə.