1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak. □ Murdar su.
2. Eyni mənada adam haqqında həqarətlə deyilir. □ Əsəd o saat murdar oldu. (“Qaçaq Nəbi”).
3. Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. □ Murdar təbiətli adam. Murdar iş.
4. İsim kimi: ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşagəlməyən adam. □ Mən dünyada çox bihəya adamlar görmüşəm, amma bunun kimimurdarına hələ rast gəlməmişəm. (N.Vəzirov).
5. Məcazi mənada: zəhlətökən, xoşagəlməyən, pis. □ Bayırda murdar hava var.