Reklam
Reklam

Tarix terminləri lüğəti

nəbatilər

ivr. Nabatum, yun. Nabatayoy

Qədim ərəb tayfaları qrupu.

N. indiki İordaniya ərazisində yerləşmiş Nəbatilər dövlətini (e.ə. III əsrin sonu – eramızın 106-cı ili) yaradıblar. Bibliyada İsmayılın (ərəblərin əfsanəvi əcdadı) oğlu kimi adı çəkilən Nəbayot N.-in ulu babası sayılır. Lakin bəzi tədqiqatçılar bu tayfalar qrupunun ərəb mənşəli olması fikrini şübhə altına alırlar. N. ərəbdilli olsalar da, yazıda arami dili və qrafikasından istifadə ediblər, III əsrdə isə arami yazısı əsasında öz orijinal əlifbalarını yaradıblar. Məhz N.-in əlifbası sonralar müasir ərəb qrafikasının əsasını təşkil edib.

Tarix terminləri lüğəti