Reklam
Reklam

Etimologiya lüğəti

nəfəs

Ərəb mənşəlidir, tənəffüs sözü ilə eyni kökə malikdir. Bizdə nəfəs sözünün əvəzinə tin (din)soluq kəlmələri mövcud olub. Hazırda din -lə -mək, din -şə -mək sözlərində həmin din sözü özünü mühafizə edir. “Вздох” mənasını diniş sözü də əks etdirib (indi işlədilmir). Nəfəs dərmək idiomu da mövcuddur. Bura­dakı dərmək sözü “toplamaq” anlamını əks etdirir: özünə gəlmək, nəfəsini top­layıb güc əldə etmək və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti