1. Ehtiras, şiddətli istək, arzu, meyil. □ Onda Mahmudun ağlı və ixtiyarı oyanardı, korgözlü nəfsin arxasınca getməzdi. (Y.V.Çəmənzəminli).
2. Tamah, tamahkarlıq.
3. Tamah, daxili ehtiyac, arzu (adətən mənfi mənada).
4. İnsanda şəhvani hisslərə və yeyib-içmək kimi ehtiyaclara olan meyil. □ Nəfsini saxlamaq. Nəfsinə məğlub olmaq.
5. Arxaizm. “Adam”, “insan” mənasında. □ Qoy bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə! (Ə.Haqverdiyev).
Həmçinin bax: