Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nabələd [na:bələt] sifət fars/ərəb

1. Bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş. □ Qardaş, bunlar hər kəsdisə nabələd adama oxşayırlar. (C.Məmmədquluzadə).
2. İsim kimi: bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş adam.
3. Tanış olmayan, yad, özgə. □ Vallah, paşa sağ olsun, kövşəndə üç nabələd adam var. (“Koroğlu”).
4. İsim kimi: tanış olmayan, yad, özgə adam.
5. Hələ öyrəşməmiş, vərdiş olmamış, alışmamış. □ İşə nabələddir.
6. İsim kimi: hələ öyrəşməmiş, vərdiş olmamış, alışmamış adam.

Qeyd: na... Sözlərin (əsasən isimlərin və sifətlərin) əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və sız-siz, suz-süz mənasını verən fars mənşəli şəkilçidir. Məsələn: naümid, nalayiq, naməlum, naəlac və s.

Azərbaycan dilinin izahlı lüğəti